Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib

Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq
Futbol
25 Mart , 2015 14:04
Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib

Bakı. 25 mart. REPORT.AZ/ Martın 28-də Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçı üçün hakimlər açıqlanıb. "Report"un məlumatına görə, oyun Halis Özkahyanın rəhbərlik etdiyi türkiyəli hakimlər briqadasına həvalə olunub.

Cem Satman və Əkrəm Kan yan xətt, Mete Kalkavan və Tolqa Özkalfa əlavə köməkçi, Kemal Yılmaz isə ehtiyat hakim qismində görüşə təyinat alıb.

Polşalı Pavel Cikanovski UEFA nümayəndəsi, italiyalı Kosimo Bolonyino isə hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi