Azərbaycan-Macarıstan matçının hakimləri açıqlanıb

Azərbaycan-Macarıstan matçının hakimləri açıqlanıb Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu üçün təyinatlar açıqlanıb.
Futbol
5 İyun , 2019 17:23
Azərbaycan-Macarıstan matçının hakimləri açıqlanıb

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu üçün təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, iyunun 8-də keçiriləcək matç hollandiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Blom, onun köməkçiləri Bas van DongenJohan Balderdir. Sərdar Gözübüyük isə dördüncü hakim qismində çıxış edəcək.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi