Azərbaycan Kubokunun qalibi meydandan qovuldu

Azərbaycan Kubokunun qalibi meydandan qovuldu Keşlə komandasının sabiq baş məşqçisi, hazırda Vorsklaya rəhbərlik edən Yuri Maksimov Ukrayna Premyer Liqasında XXVII turun Dnepr-1lə ev oyununda meydandan qovulub.
Futbol
20 İyun , 2020 09:54
Azərbaycan Kubokunun qalibi meydandan qovuldu

"Keşlə" komandasının sabiq baş məşqçisi, hazırda "Vorskla"ya rəhbərlik edən Yuri Maksimov Ukrayna Premyer Liqasında XXVII turun "Dnepr-1"lə ev oyununda meydandan qovulub.

"Report"un məlumatına görə, buna ukraynalı mütəxəssisin matçın 6-cı dəqiqəsində qapılarına təyin olunan penalti zamanı baş hakim Denis Şurmana sərt etirazı səbəb olub.

Referi əvvəlcə 52 yaşlı mütəxəssisə sarı vərəqə göstərib. Ardınca isə birbaşa qırmızı vərəqə ilə onu texniki zonadan kənarlaşdırıb.

Buna baxmayaraq, Maksimov və futbolçularının narazılığı sonda öz nəticəsini verib və baş hakim qərarını dəyişərək qapıdan zərbə təyin edib. Görüş isə "Vorskla"nın qələbəsi ilə yekunlaşıb - 2:0. 

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında rəhbərlik etdiyi "Keşlə"yə Azərbaycan Kubokunu qazandırıb.

Son xəbərlər

Orphus sistemi