Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıb

Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıb Futbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb.
Futbol
13 May , 2019 12:14
Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, "Qəbələ" və "Sumqayıt" komandaları arasındakı həlledici qarşılaşma çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək. 

Görüşdə AFFA nümayəndəsi Eldəniz Musayev olacaq. 

Qeyd edək ki, "Qəbələ" - Sumqayıt" matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi