Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünə start veriləcək.
"Report"un məlumatına görə, kubok yarışı 1/8 final mərhələsinin görüşləri ilə başlayacaq.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nın, "Qəbələ" isə MOİK-in qonağı olacaq. Matçlar müvafiq olaraq, saat 14:00 və 17:00-da başlayacaq.
Qeyd edək ki, 1/8 finalın digər 2 görüşü dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı, "Sabah" isə "Kəpəz"i qəbul edəcək. Bu mərhələ 1 oyundan ibarət olacaq və qaləbə qazanan komandalar 1/4 finala yüksələcəklər.
Azərbaycan Kuboku
1/8 final
10 dekabr (cümə)
14:00. “Zaqatala” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
17:00. MOİK – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Dalğa Arena”.