​Azərbaycan Kubokunda "İnter" və "Qarabağ"ın rəqibləri müəyyənləşib

​Azərbaycan Kubokunda "İnter" və "Qarabağ"ın rəqibləri müəyyənləşib "Şəmkir" və "Turan Tovuz" 1/8 finala yüksəlib
Futbol
14 Oktyabr , 2015 17:03
​Azərbaycan Kubokunda İnter və Qarabağın rəqibləri müəyyənləşib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə son 3 vəsiqədən 2-nin sahibi müəyyənləşib. "Report"un məlumatına görə, bunlar "Turan Tovuz" və "Şəmkir" klublarıdır.

Tovuz təmsilçisi 1/8 final mərhələsində Bakı "İnter"i ilə üz-üzə gələcək. Baş məşqçi Nizami Sadıqovun komandası ilkin təsnifat mərhələsində MOİK-i Bakıda 2:1 hesabı ilə məğlub edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha bir qol vuran Qərb təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

"Şəmkir" isə Qusarda "Şahdağ" klubunu 3:1 hesabı ilə məğlub edib. Püşkatmaya əsasən, Kamran Əlibabayevin başçılıq etdiyi komanda 1/8 finalda "Qarabağ"ın qonağı olacaq. Oyunlar dekabrın 2-də baş tutacaq. 

Qeyd edək ki, ilkin təsnifat mərhələsinin son oyunu da bu gün keçiriləcək. Saat 20:00-da start götürəcək "Şərurspor" - "Qaradağ Lökbatan" görüşünün qalibi 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi