​Azərbaycan Kubokunda 1/4 finala 6 vəsiqənin də sahibi müəyyənləşib - YENİLƏNİB 1

​Azərbaycan Kubokunda 1/4 finala 6 vəsiqənin də sahibi müəyyənləşib - YENİLƏNİB 1 "İnter", "Sumqayıt", AZAL, "Xəzər Lənkəran", "Neftçi" və "Qarabağ" mərhələ adlayıb
Futbol
2 Dekabr , 2015 21:47
​Azərbaycan Kubokunda 1/4 finala 6 vəsiqənin də sahibi müəyyənləşib - YENİLƏNİB 1

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha 3 iştirakçısı məlum olub. "Report"un məlumatına görə, "Xəzər Lənkəran", "Neftçi" və "Qarabağ" komandaları 1/8 final görüşündən üzüağ çıxıb.

"Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Kəpəz"i sınağa çəkib. Cənublulara qələbə qazandıran yeganə topun müəllifi Kamran Abdullazadə olub. O, 13-cü dəqiqədə rəqib qapısına yol tapıb - 1:0. "Xəzər Lənkəran" 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.

"Bakcell Arena"da keçirilən oyunda isə "Neftçi" və "Qaradağ Lökbatan" üz-üzə gəlib. Qaradağ təmsilçisi Azərbaycan Kuboku uğrunda mübarizəni darmadağınla dayandırıb. "Ağ-qaralar"ın heyətində 5-ci dəqiqədə Kaue, 14 dəqiqə sonra isə Rəhman Hacıyev fərqlənib. Bundan sonra Elşən Abdullayev (32 və 62-ci dəqiqə), Ruslan Qurbanov (34 və 52-ci dəqiqə) dubl edib. Üstəlik oyuna kapitan sarğısı ilə çıxan Cavid İmamverdiyev də matçın 36-cı dəqiqəsində adını tabloya yazdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Məhəmməd Qurbanov qoyub - 8:0.

"Qarabağ" isə öz meydanında Şəmkirin eyniadlı komandasını qəbul edib. Oyunda hesab 72-ci dəqiqədə açılıb. "Azərsun Arena"da vurulan qollar Cavid Tağıyev və Samuel Armenterosun (83-cü dəqiqə) adına yazılıb - 2:0. "Qarabağ" növbəti mərhələdə "Sumqayıt"la qarşılaşacaq. "Neftçi" 1/4 finalda "Xəzər Lənkəran"ın qonağı olacaq.

*** 16:55

Azərbaycan Kubokunda 1/4 finala 3 vəsiqənin sahibi müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. "Report"un məlumatına görə, "Zirə" adını növbəti mərhələyə yazdırıb.

Baş məşqçi Adül Şükürovun komandası 1/8 final matçında AZAL-ı Şüvəlanda məğlub edib - 2:1. Qonaq komandadan hər iki qolu Nelson Bonilya vurub. Meydan sahiblərindən isə Aleksandr Quruli fərqlənib. 60-cı dəqiqədə AZAL-ın futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 

"Zirə"nin 1/4 finaldakı rəqibi sabah keçiriləcək "Qəbələ" - "Mil-Muğan" oyununun qalibi olacaq. 

Qeyd edək ki, bundan öncə "İnter" və "Sumqayıt" komandaları mərhələ adlayıb.

Azərbaycan Kuboku, 1/8 final

14:00. "Turan Tovuz" – "İnter" (Bakı) - 1:3

Qollar: Azər Məmmədov, 15  - Səbayel Bağırov, 5 (avtoqol). Laşa Kasradze, 24. Abbas Hüseynov, 27

14:00. "Neftçala" – "Sumqayıt" 0:1

Qol: Pərdis Fərcad-Azad, 89

15:00. AZAL (Bakı) – "Zirə" (Bakı) - 1:2

Qollar: Aleksandr Quruli, 90+3 - Nelson Bonilya, 30; 87

Qırmızı vərəqə: Emin Cəfərquliyev, 60 (AZAL)

*** 15:59

Azərbaycan Kubokunda ilk iki 1/4 finalçı müəyyənləşib

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan ilk 2 komanda müəyyənləşib. "Report"un məlumatına görə, "İnter" və "Sumqayıt" komandaları ölkə kuboku uğrunda mübarizəni davam etdirəcək.

"Bankirlər" 1/8 final mərhələsinin oyununda "Turan Tovuz"a səfərdə qalib gəlib - 3:1. "İnter"in heyətində Laşa Kasradze və Abbas Hüseynov fərqlənib. Qalan iki top isə meydan sahiblərinin adına yazılıb. Azər Məmmədov Bakı təmsilçisinin qapısına yol tapıb. Səbayel Bağırov isə avtoqola imza atıb. "İnter"in 1/4 finaldakı rəqibi sabah keçiriləcək "Rəvan" - "Bakı" oyununun qalibi olacaq.

"Sumqayıt" isə səfərdə "Neftçala"dan üstün olub. Qonaqların heyətində Pərdis Fərcad-Azad fərqlənib. "Gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Qarabağ" - "Şəmkir" cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku, 1/8 final

14:00. "Turan Tovuz" – "İnter" (Bakı) - 1:3 

Qollar: Azər Məmmədov, 15 - Səbayel Bağırov, 5 (avtoqol). Laşa Kasradze, 24. Abbas Hüseynov, 27 

14:00. "Neftçala" – "Sumqayıt" 0:1 

Qol: Pərdis Fərcad-Azad, 89

Son xəbərlər

Orphus sistemi