Azərbaycan Kubokunda final görüşünün meydan sahibi müəyyənləşib

Azərbaycan Kubokunda final görüşünün meydan sahibi müəyyənləşib Bu hüquqa “Qarabağ” yiyələnib
Futbol
18 Aprel , 2017 15:41
Azərbaycan Kubokunda final görüşünün meydan sahibi müəyyənləşib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub. Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 5-də Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi