Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib. "Report"un məlumatına görə, bütün qarşılaşmalar martın 2-nə təyin olunub.
"Xəzər Lənkəran" - "Neftçi" matçı istisna olmaqla, qalan görüşlər Bakıda baş tutacaq. Cavab oyunları martın 9-da olacaq.
2 mart (çərşənbə)
14:00. "Xəzər Lənkəran" – "Neftçi"
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "Qarabağ" – "Sumqayıt"
Bakı. "Azərsun Arena"
18:00. "Zirə" – "Qəbələ"
Bakı. Zirə İdman Kompleksinin stadionu
19:00. "Rəvan" – "İnter"
Bakı. "Bayıl Arena"
Qeyd edək ki, "Zirə" - "Qəbələ" oyunu "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.