​Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunları keçirilib

​Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunları keçirilib "Qarabağ" "Simurq"u, "Neftçi" "İnter"i məğlub edib
Futbol
13 Aprel , 2015 20:55
​Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunları keçirilib

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçirilib. "Report"un məlumatına görə, qarşılaşmaların hər ikisi paytaxt Bakıda baş tutub.

Ağdamın "Qarabağ" klubu Zaqatala "Simurq"unu qəbul edib. "İnter Arena"da keçirilən görüşdə ilk olaraq nominal meydan sahibləri hesabı açıb. Matçın 15-ci dəqiqəsində Cavid Tağıyev komandasını hesabda önə çıxarıb - 1:0. Qarşılaşma bu hesabla da başa çatıb və "Qarabağ" cavab oyununa üstün şəkildə çıxacaq tərəf olub.

Növbəti görüş isə paytaxtın "Neftçi" və "İnter" komandaları arasında baş tutub. Digər oyunda olduğu kimi, bu dəfə də eyni ssenari təkrarlanıb və meydan sahiblərinin heyətində Nikolas Kanales matçın 19-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Çilili hücumçunun zərbəsi tirə tuş gələrək qapı xəttini keçib. Matçın ilk hissəsi "Neftçi"nin minimal üstünlüyü ilə başa çatıb. İkinci hissədə "ağ-qaralar" daha bir qol vurmağa müvəffəq olub. 71-ci dəqiqədə Nikolas Kanales komandasının və özünün ikinci topunu rəqib qapısından keçirib.

13 aprel (bazar ertəsi)
18:00. "Qarabağ" – "Simurq" - 1:0
Qol: Cavid Tağıyev, 15.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
"İnter Arena".

19:00. "Neftçi" – "İnter" - 2:0
Qollar: Nikolas Kanales, 19.71.
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
"Bakcell Arena".

Qeyd edək ki, cavab görüşləri aprelin 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi