Azərbaycan Kuboku: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi

Azərbaycan Kuboku: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Futbol
175
7 Fevral , 2021 19:19
Azərbaycan Kuboku: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, bu raundun son cavab matçında "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz başa çatıb.

İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn "qartallar" iki görüşün nəticəsinə əsasən yarımfinala adlayıb. "Zirə"nin bu mərhələdəki rəqibi günün ilk matçında Gəncədə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "Keşlə" olacaq.

Qeyd edək ki, dünən keçirilmiş oyunlarda "Qarabağ" səfərdə "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.

Son xəbərlər

Orphus sistemi