Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Azərbaycan Kubokunun qalibi müəyyənləşib "Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyunu başlayıb.
Futbol
27 May , 2022 21:53
Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.

Qəbələ şəhər stadionundakı qarşılaşmaya Ağdam təmsilçisi daha fəal başlayıb. 10-cu dəqiqədə Marko Veşoviçin zərbəsini "qartallar"ın qapıçısı Anar Nəzirov dəf edib.

"Zirə" görüşün 17-ci dəqiqəsində hesabı açıb. "Qarabağ"ın kapitanı Maksim Medvedevin səhvindən yararlanaraq topu ələ keçirən Coşqun Diniyevin ötürməsindən sonra Hamidu Keyta fərqlənib. Qolun ardından "köhlən atlar" təşəbbüsü daha da ələ alıb. 29-cu dəqiqədə Qara Qarayevin uzaq məsafədən endirdiyi zərbədən sonra top müdafiəçilərə dəyərək qapının yanından keçib.

40-cı dəqiqədə Təmkin Xəlilzadə fərqi daha da artırmağa yaxın olub. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev gözəl qurtarışla bunun qarşısını alıb.

İlk hissə paytaxt klubunun minimal hesablı üstünlüyü ilə bitib. Bölgə təmsilçisi ikinci yarıya da daha aktiv başlayıb. 47-ci dəqiqədə Kadi Borgesin zərbəsindən sonra Anar Nəzirov növbəti dəfə komandasını real qoldan xilas edib. 60-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən fərqlənməyə çalışsa da, top qapının üstündən keçib. Ölçə çempionu 69-cu dəqiqədədə istəyinə çatıb. Abdullah Zubirin uzaq məsafədən qüvvətli zərbəsi qarşısıalınmaz olub. 10 dəqiqə sonra Zubirin yaxın məsafədən endirdiyi təhlükəli zərbədən sonra Nəzirov topu qapı xəttindən çıxarıb. 84-cü dəqiqədə Leandro Andrade "Qarabağ"ı önə keçirməyə yaxın olub. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyərək meydanı tərk edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə olunmuş 30 dəqiqədə qapılara qol vurulmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında rəqibinə 4:3 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan Kubokunun qalibi olub.

Beləliklə, "köhlən atlar" 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçi adına da yiyələnib - 5.

Foto: Ehtiram Cəbiyev

21:37

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final matçında penaltilər seriyası olacaq.

"Report"un məlumatına görə, qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

"Zirə"nin qolunu 17-ci dəqiqədə Hamidu Keyta vurub. 69-cu dəqiqədə isə Ağdam təmsilçisinin legioneri Abdullah Zubir bərabərlik qoluna imza atıb.

20:57

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda əlavə vaxt oynanılacaq.

"Report"un məlumatına görə, qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.

"Zirə"nin qolunu 17-ci dəqiqədə Hamidu Keyta vurub. 69-cu dəqiqədə isə Ağdam təmsilçisinin legioneri Abdullah Zubir bərabərlik qoluna imza atıb.

20:28

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, 69-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Abdullah Zubir bərabərlik qoluna imza atıb.

20:03

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda paytaxt təmsilçisi öndədir - 1:0.

"Qartallar"ın qolunu 17-ci dəqiqədə Hamidu Keyta vurub.

19:50

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

"Qartallar"ın qolunu 17-ci dəqiqədə Hamidu Keyta vurub.

19:18

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, görüşün 17-ci dəqiqəsində paytaxt təmsilçisi önə keçib.

"Zirə"nin qolunu Hamidu Keyta vurub.

19:00

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyunu başlayıb.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürüb.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edir.

Son xəbərlər

Orphus sistemi