Azərbaycan Kuboku: "Qarabağ" və Qurban Qurbanov yeni rekorda imza ata bilər

Azərbaycan Kuboku: "Qarabağ" və Qurban Qurbanov yeni rekorda imza ata bilər Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun finalı hər iki komanda üçün əlamətdar ola bilər.
Futbol
27 May , 2022 16:58
Azərbaycan Kuboku: Qarabağ və Qurban Qurbanov yeni rekorda imza ata bilər
Qurban Qurbanov

Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun finalı hər iki komanda üçün əlamətdar ola bilər.

"Report"un məlumatına görə, titulu "Qarabağ" qazansa, Qurban Qurbanov yeni rekorda imza atacaq. O, baş məşqçi kimi bu mükafata ən çox sahib çıxan ilk mütəxəssis olacaq. Qurbanov hazırda eyni sayda - 4 dəfə qalib adını qazanan Mehman Allahverdiyevlə şərikdir.

"Zirə"nin qələbəsi isə Rəşad Sadıqova ilk titulunu qazandıracaq. Sadıqov bu turnirdə baş məşqçi kimi qalib olan 16-cı mütəxəssis olacaq.

Bundan əlavə, "köhlən atlar" qələbə qazanacağı təqdirdə 7-ci dəfə Azərbaycan Kubokunu əldə edəcək və ölkə futbolu tarixində yeni rekord müəyyənləşdirəcək. İndiyədək 6 dəfə bu mükafata sahib çıxan Ağdam klubu "Neftçi" ilə şərikli rekordçudur.

Son xəbərlər

Orphus sistemi