Azərbaycan Kuboku: "Qarabağ" "Keşlə"yə qalib gəlib

Azərbaycan Kuboku: "Qarabağ" "Keşlə"yə qalib gəlib Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Futbol
1 Fevral , 2022 19:28
Azərbaycan Kuboku: Qarabağ Keşləyə qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

"Keşlə"nin heyətində yarımmüdafiəçilər Rafael Məhərrəmli 65-ci dəqiqədə, Fəhmin Muradbəyli isə 80-ci dəqiqədə zədələnib. Oların yerinə meydana müvafiq olaraq Elçin Mustafayev və Bahadur Həziyev daxil olublar.

Yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə ilk dəfə "köhlən atlar"ın heyətində rəsmi matçda debüt ediblər.

Komandalar arasında cavab qarşılaşması fevralın 11-də olacaq.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. Fevralın 2-də "Zirə" "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək

Son xəbərlər

Orphus sistemi