Azərbaycan Kuboku: "Qarabağ", "Keşlə" və "Zirə" oyunlara itkilərlə çıxacaq

Azərbaycan Kuboku: "Qarabağ", "Keşlə" və "Zirə" oyunlara itkilərlə çıxacaq Komandaların növbəti koronavirus testlərinin cavabları hələ ki, bəlli deyil
Futbol
28 Aprel , 2021 12:27
Azərbaycan Kuboku: Qarabağ, Keşlə və Zirə oyunlara itkilərlə çıxacaq

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında bir neçə futbolçunun iştirak etməyəcəyi dəqiqləşib.

"Report"un məlumatına görə, "Qarabağ"ın futbolçuları Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev "Sumqayıt"la ev matçını zədə səbəbindən buraxacaqlar.

Qapıçı Məhəmmədliyev qarşılaşmanın "23-lüy"ündə yer alacaq, amma meydana çıxmayacaq. Ağdam təmsilçisində yüngül zədələri olan Patrik Andrade və Bədavi Hüseynovun görüşdə iştirakı sual altındadır. Qonaqların heyətində isə cəzalı və ya zədəli oyunçu yoxdur.

"Zirə"nin iki futbolçusu "Keşlə"yə qarşı ev matçında olmayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən, komandasına köməklik etməyəcək.

"Keşlə"də isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq.

4 komandanın hər birinin növbəti koronavirus testlərinin cavabları hələ bəlli deyil.

Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 29-da olacaq. İlk görüşdə "Zirə" "Keşlə"ni 2:1 hesabı ilə üstələyib. "Sumqayıt" - "Qarabağ" matçında isə hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi