Azərbaycan Kuboku: "Keşlə" Bakıda "Kəpəz"i məğlub edib - VİDEO

Azərbaycan Kuboku: "Keşlə" Bakıda "Kəpəz"i məğlub edib - VİDEO Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib
Futbol
10 Dekabr , 2017 15:59
Azərbaycan Kuboku: Keşlə Bakıda Kəpəzi məğlub edib - VİDEO

Bakı. 10 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Keşlə" "İnter Arena"da "Kəpəz"i qəbul edib.

Azərbaycan Premyer Liqasında son 2 pillədə yer almış komandaların "duel"ində meydan sahibləri qalib gəlib - 2:0. Hər iki qol ilk yarıda vurulub. Hesabı 18-ci dəqiqədə Pərdis Fərcad-Azad açıb. 41-ci dəqiqədə isə Rafael Məhərrəmli oyunda son nöqtəni qoyub. Bu komandalar arasında cavab görüşü dekabrın 14-də Gəncə şəhər stadionunda olacaq.

Saat 16-da 1/4 final mərhələsinin daha bir ilk görüşü start götürəcək. "Zirə" "Neftçi"ni qəbul edəcək.

Azərbaycan Kuboku, 1/4 final

İlk oyunlar

10 dekabr (bazar)

14:00. "Keşlə” – "Kəpəz” - 2:0

Qollar: Pərdis Fərcad-Azad, 18. Rafael Məhərrəmli, 40

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektior: Murad Məmmədov

"İnter Arena”

Son xəbərlər

Orphus sistemi