Azərbaycan Kuboku: İlk 1/4 final oyunlarının vaxtı açıqlanıb

Azərbaycan Kuboku: İlk 1/4 final oyunlarının vaxtı açıqlanıb Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.
Futbol
22 Yanvar , 2022 23:31
Azərbaycan Kuboku: İlk 1/4 final oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 1 fevrala təsadüf edəcək ilk oyun günündə "Qarabağ" "Keşlə"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək.

Ertəsi gün isə "Zirə" "Səbail"i, "Sumqayıt" "Qəbələ"ni sınağa çəkəcək.

1/4 final, ilk oyunlar

1 fevral (çərşənbə axşamı)

17:30. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu

19:45. “Neftçi” – “Sabah”
“Bakcell Arena”

2 fevral (çərşənbə)

17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”,

Qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi