Azərbaycan Kuboku: Bütün 1/4 finalçılar müəyyənləşib - YENİLƏNİB

Azərbaycan Kuboku: Bütün 1/4 finalçılar müəyyənləşib - YENİLƏNİB Son vəsiqələrə "Sumqayıt" və "Zirə" sahib olub
Futbol
29 Noyabr , 2017 18:00
Azərbaycan Kuboku: Bütün 1/4 finalçılar müəyyənləşib - YENİLƏNİB

Bakı. 29 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun bütün 1/4 finalçıları müəyyənləşib.

"Report" xəbər verir ki, son olaraq "Sumqayıt" və "Zirə" 1/8 finaldakı rəqiblərini üstələyiblər. Sözügedən kollektivlər müvafiq olaraq "Sabah" və "Xəzər"i 3:0 hesabı ilə məğlub ediblər.

Beləliklə, 1/4 finalda "Qəbələ" - "Səbail", "Zirə" - "Neftçi", "Keşlə"- "Kəpəz" və "Qarabağ" – "Sumqayıt" duelləri reallaşacaq.

Qeyd edək ki, adları birinci qeyd edilən komandalar 10-11 dekabrda keçiriləcək ilk matçlarda meydan sahibi olacaqlar. Cavab görüşləri isə 14-15 dekabrda baş tutacaq.


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan komandaların sayı 6-ya çatıb.

"Report"un məlumatına görə, son olaraq bu hüquqa "Qəbələ" yiyələnib. 

"Qırmızı-qaralar" 1/8 finalda "Mil-Muğan"ı üstələyiblər - 8:0. Növbəti mərhələdə rəqib "Səbail" olacaq. İlk oyun 10-11 dekabrda Qəbələbə, cavab görüşü 14-15 dekabrda Bakıda olacaq. Daha əvvəl "Keşlə" və "Kəpəz"in növbəti mərhələdə üz-üzə gələcəkləri dəqiqləşib. 

Qeyd edək ki, hazırda davam edən "Zirə" - "Xəzər" matçının qalibi 1/4 finalda "Neftçi"yə, "Sumqayıt" - "Sabah" qarşılaşmasının qalibi isə "Qarabağ"a rəqib olacaq.  


Futbol üzrə Azərbaycan Kubokunda daha 3 komanda 1/4 finala vəsiqə qazanıb. 

“Report” xəbər verir ki, “Səbail”, “Keşlə” və “Kəpəz” 1/8 finalda rəqiblərini üstələməyi bacarıblar. Onlar müvafiq olaraq “Şüvəlan”, MOİK və “Binə”ni mübarizədən kənarlaşdırıblar. 

“Səbail” 1/4 finalda “Qəbələ” – “Muğan” cütünün qalibi ilə qarşılaşacaq və ilk oyunu səfərdə keçirəcək. 

“Keşlə” isə “Kəpəz”lə üz-üzə gələcək. İlk qarşılaşmada meydan sahibi paytaxt klubu olacaq. 

Azərbaycan Kuboku

1/8 final

29 noyabr (çərşənbə)

13:30. MOİK – "Keşlə” - 0:3

Qollar: Adrian Skarlatake, 41. Mirsahib Abbasov, 65. Rafael Məhərrəmli, 80

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Şahin Cəfərov

"Bakı” FK-nın təlim-məşq bazasının stadionu

13:30. "Kəpəz” – "Binə”- 3:0

Qollar: İlyas Səfərzadə, 65; 71. Şəhriyar Rəhimov, 82

Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

"Dalğa Arena”


13:30. "Şüvəlan” – "Səbail” - 1:2

Qol: Elvin Həsənalıyev, 10 - Aslan Hüseynov, 60. Ayron Stati, 78

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Füzuli Nəcəfov

"AZAL Arena”

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək. Noyabrın 28-də baş tutmuş matçlardan sonra “Qarabağ” və “Neftçi” növbəti mərhələyə adlayıblar.

Son xəbərlər

Orphus sistemi