Azərbaycan Kubokununda ¼ final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
"Report" xəbər verir ki, iki günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
6 fevral (şənbə)
18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”
15:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu
7 fevral (bazar)
14:30. “Кəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu
17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Komleksinin stadionu
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.
"Report" xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
1/4 finalın ilk matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək. Həmin gün "Qarabağ" - "Qəbələ" görüşü də baş tutacaq. Bu mərhələnin ilk oyunlarına fevralın 2-də “Keşlə” – “Kəpəz, və “Neftçi” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.
1 fevral (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”
18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu
2 fevral (çərşənbə axşamı)
16:00. “Keşlə” – “Kəpəz”
“ASK Arena”
18:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”
Qeyd edək ki, 1/4 finalın cavab oyunları 7-8 fevralda təşkil ediləcək.