Azərbaycan klubunun oyunu kütləvi yoluxma təhlükəsinə görə təxirə salınıb

Azərbaycan klubunun oyunu kütləvi yoluxma təhlükəsinə görə təxirə salınıb Futzal üzrə Azərbaycan Yüksək Liqasının IX turunda 26-da keçirilməli olan “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb
Futbol
25 Noyabr , 2021 14:28
Azərbaycan klubunun oyunu kütləvi yoluxma təhlükəsinə görə təxirə salınıb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

Federasiyadan "Report"a verilən məlumata görə, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib.

Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi