Azərbaycan klubunun keçmiş futbolçusu "Anji"yə məşqçi təyin olunub

Azərbaycan klubunun keçmiş futbolçusu "Anji"yə məşqçi təyin olunub O, Aleksandr Qriqoryanın yeni baş məşqçi olduğu komandada çalışacaq
Futbol
7 Yanvar , 2017 10:22
Azərbaycan klubunun keçmiş futbolçusu Anjiyə məşqçi təyin olunub

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiyanın "Anji" futbol komandasının məşqçilər heyətinin tərkibi açıqlanıb.

"Report"un məlumatına görə, heyətdə artıq fəaliyyətini dayandırmış Quba "Şahdağ"ının sabiq futbolçusu Anzur Sadirov da yer alıb. O, Aleksandr Qriqoryanın yeni baş məşqçi olduğu komandada böyük məşqçi Dmitri Beznyak və qapıçılarla işləyən məşqçi Nikolay Şleyevlə birgə çalışacaq.

Qeyd edək ki, Anzur Sadirov 2000-ci ildə "Şahdağ" Azərbaycan çempionatının yüksək liqasında oynadığı vaxt Mahaçqala "Dinamo"sundan icarəyə götürülüb. Hazırda 38 yaşında olan keçmiş yarımmüdafiəçi Quba komandasında 2 oyuna çıxıb. 

Son xəbərlər

Orphus sistemi