Azərbaycan klubu nigeriyalı futbolçu ilə müqavilə bağlayıb

Azərbaycan klubu nigeriyalı futbolçu ilə müqavilə bağlayıb Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq
Futbol
21 Yanvar , 2017 13:12
Azərbaycan klubu nigeriyalı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “qartallar”ın sırasına daha bir futbolçu qoşulub. 

Bu, nigeriyalı müdafiəçi Akim Latifudur. Onunla 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Akim Latifu karyerasına Nigeriyada başlayıb. O, Norveç, Ukrayna və Türkiyədə də çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi