"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bölgə təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.
26 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, karyerasına vətənində "Apeje"də başlayan Eva Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.