Təbriz klubu erməni futbolçu ilə yollarını ayırıb

Təbriz klubu erməni futbolçu ilə yollarını ayırıb 32 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Qətərdə davam etdirəcək
Futbol
8 İyul , 2015 04:51
Təbriz klubu erməni futbolçu ilə yollarını ayırıb

Bakı. 8 iyul. REPORT.AZ/ İranın "Traktorsazi" klubu erməni əsilli futbolçusu Andranik Teymuryanla yollarını ayırıb. "Report"un məlumatına görə, 32 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Qətərdə davam etdirəcək.

O, yüksək liqada çıxış edən "Umm Salal" klubu ilə müqavilə imzalayıb. Həmin klubun baş məşqçisi hazırda "Qarabağ"da çıxış edən İlqar Qurbanov və Rəşad Sadıqovla Türkiyənin "Sivasspor" və "Eskişehirspor" komandalarında birgə çalışmış Bülent Uyqundur. 44 yaşlı mütəxəssis "Umm Salal"a 2013-cü ildən rəhbərlik edir.

Qeyd edək ki, Andranik Teymuryan "Traktorsazi" klubunda ilk dəfə 2010-2011-ci illərdə çıxış edib. Teymuryan azərbaycanlıların kompakt yaşadığı Təbrizin komandasına bu ilin yanvarında yenidən qayıdıb. O, ötən mövsümün son turunda "Naft Tahran"la qarşılaşmada qırmızı vərəqə alaraq, komandasının çempionluğu əldən verməsinin səbəbkarlarından olub.

Son xəbərlər

Orphus sistemi