Azərbaycan klubu afrikalı müdafiəçi ilə müqavilə bağlayıb

Azərbaycan klubu afrikalı müdafiəçi ilə müqavilə bağlayıb "Turan Tovuz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
17 Avqust , 2022 18:55
Azərbaycan klubu afrikalı müdafiəçi ilə müqavilə bağlayıb

"Turan Tovuz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib.

31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayan futbolçu "Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.

Siyanda Xulu əsas millidə 16 oyuna çıxıb və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi