Azərbaycan klublarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar

Azərbaycan klublarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar Bakı. 6 mart. REPORT.AZ/ “Zirə” ilə “Kəpəz” komandalarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar.
Futbol
6 Mart , 2018 16:42
Azərbaycan klublarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar

Bakı. 6 mart. REPORT.AZ/ “Zirə” ilə “Kəpəz” komandalarının futbolçuları Trinidad və Tobaqo yığmasına dəvət alıblar.

“Report” xəbər verir ki, baş məşqçi Dennis Lourens, müvafiq olaraq, Comal Uilyams və Şadon Vinçesteri yığmaya çağırıb.

Onlar martın 20-də Quadalupe, martın 23-də isə Martinika ilə yoldaşlıq oyunları üçün heyətə cəlb olunublar.

Qeyd edək ki, hər iki hücumçu Azərbaycan klubları ilə qış fasiləsində müqavilə bağlayıblar.

Son xəbərlər

Orphus sistemi