Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bu tarixlərdə bəlli olacaq

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bu tarixlərdə bəlli olacaq UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları bəlli olub.
Futbol
471
19 İyun , 2020 11:22
Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bu tarixlərdə bəlli olacaq

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları bəlli olub. 

"Report"un məlumatına görə, ÇL-də I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq. Həmin gün Azərbaycan çempionu "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində rəqibi bəlli olacaq. 

Avqustun 10-da isə Avropa Liqasında I seçmə mərhələnin püşkü atılacaq, nəticədə “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqibləri müəyyənləşəcək. 

ÇL püşkatmaları:

I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr

AL püşkatmaları:
I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr
Pley-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr.

Son xəbərlər

Orphus sistemi