Azərbaycan klubları "Beşiktaş"ın sabiq baş məşqçisinə təklif göndərib

Azərbaycan klubları "Beşiktaş"ın sabiq baş məşqçisinə təklif göndərib Azərbaycan klubları Türkiyə təmsilçisi "Beşiktaş"ın sabiq baş məşqçisi Öndər Karaveliyə təklif göndərib.
Futbol
9 Aprel , 2022 09:13
Azərbaycan klubları Beşiktaşın sabiq baş məşqçisinə təklif göndərib

Azərbaycan klubları Türkiyə təmsilçisi "Beşiktaş"ın sabiq baş məşqçisi Önder Karaveliyə təklif göndərib.

"Report"un məlumatına görə, bu barədə yerli jurnalist Levent Ümit Erol tviter hesabında bildirib.

O, 48 yaşlı mütəxəssisin yeni mövsümdən Azərbaycan Premyer Liqasında işləyə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Karaveli 2021-ci il dekabrın əvvəlindən 2022-ci il martın sonlarınadək İstanbul təmsilçisində baş məşqçi vəzifəsini yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi