Azərbaycan klubları Avropa Liqası üçün Sifariş Ərizəsini müəyyənləşdiriblər - SİYAHI

Azərbaycan klubları Avropa Liqası üçün Sifariş Ərizəsini müəyyənləşdiriblər - SİYAHI "Neftçi" UEFA-ya 24, "İnter" 23, "Qəbələ" 20 futbolçudan ibarət siyahı göndərib
Futbol
27 İyun , 2015 10:45
Azərbaycan klubları Avropa Liqası üçün Sifariş Ərizəsini müəyyənləşdiriblər - SİYAHI

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanı Avropa Liqasında təmsil edəcək futbol klubları ilkin Sifariş Ərizələrini UEFA-ya göndəriblər. "Report"un məlumatına görə, ən çox futbolçunu "Neftçi" sifariş edib.

"Ağ-qaralar"ın ərizəsində 24 futbolçu göstərilib. Onlardan 7-si B siyahısındadır. "İnter" 23, "Qəbələ" 20 oyunçunu göstərib. Amma paytaxt təmsilçisinin B siyahısında 7 futbolçu yer aldığı halda, hələlik "Qəbələ" bu  siyahıda heç bir oyunçunu göstərməyib. 

"İnter"

Qapıçılar: Georgi Lomaya, Səlahət Ağayev, Elşən Poladov

Müdafiəçilər: Xuan Fransisko Qarsia Martines, Laşa Kasradze, Denis Silva

Yarımmüdafiəçilər: Slavço Georgiyevski, Nika Kvekveskiri, Nizami Hacıyev, Mirsayib Abbasov, Mirhüseyn Seyidov,

Hücumçular: Sezar Daniel Meza Kolli, Rauf Əliyev, Yuri Fomenko, Dieqo Madriqal

B siyahısı

Müdafiəçilər: Taşkın Sertan, Mənsur Nəhavəndi, Abbas Hüseynov

Yarımmüdafiəçilər: Fuad Bayramov, Elnur Süleymanov

Hücumçular: İlkin Sadıqov, Bilal Qəmbərov

Baş məşqçi: Zaur Svanadze

"Neftçi"

Qapıçılar: Aqil Məmmədov, Ruzi Qiyaslı, Maksim Vaylo

Müdafiəçilər: Melli, Məhəmməd Qurbanov, Əziz Quliyev, Kamal Qurbanov, Orxan Bəşirov

Yarımmüdafiəçilər: Araz Abdullayev, Flavinyo, Erik Ramos, Rəhman Hacıyev, Kaue, Nicat Qurbanov, Elvin Bədəlov

Hücumçular: Ruslan Qurbanov, Samir Məsimov

B siyahısı

Müdafiəçilər: Rahil Məmmədov, Məqsəd İsayev

Yarımmüdafiəçilər: Elşən Abdullayev, Fəhmin Muradbəyli, Kamran Nəcəfzadə, Orxan Qurbanlı

Hücumçu: Mirabdulla Abbasov

Baş məşqçi: Samir Əliyev

"Qəbələ"

Qapıçılar: Andrey Popoviç, Dmitri Bezotosnı, Anar Nəzirov

Müdafiəçilər: Voyislav Stankoviç, Ruslan Əmircanov, Məhəmməd Mirzəbəyov, Rikardinyo, Arif Daşdəmirov, Vitali Vernidub, Ürfan Abbasov, Rafael

Yarımmüdafiəçilər: George Floresku, Rəşad Sadiqov, Asif Məmmədov, Cavid Hüseynov, Aleksey Qay, Samir Zərgərov

Hücumçular: Sergey Zenyov, Dodo, Aleksey Antonov

Baş məşqçi: Roman Qriqorçuk\

Qeyd edək ki, hər 3 klub I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "İnter" Albaniyanın "Laçi", "Neftçi" Monteneqronun "Mladost", "Qəbələ" isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə üz-üzə gələcək. Oyunlar iyulun 2-də və 9-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi