Azərbaycan klubları Antalyada yoxlama matçları keçiriblər

Azərbaycan klubları Antalyada yoxlama matçları keçiriblər Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
Futbol
18 Yanvar , 2020 21:35
Azərbaycan klubları Antalyada yoxlama matçları keçiriblər

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

"Report"un məlumatına görə, bu gün ölkə təmsilçilərindən 4-ü yoxlama matçında qüvvəsini sınayıb.

Son ölkə çempionu "Qarabağ" qonşu ölkədəki ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan "Qəbələ" Rusiyanın "Çayka" komandasını eyni hesabla məğlubiyyətə uğradıb.

İlk oyunda Macarıstanın "Kaposvar"a məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib - 1:1.

Nəhayət ilk görüşdə Qazaxıstan təmsilçisi "Jetisu"ya minimal hesabla uduzan (0:1) "Səbail" Ukrayna "Olimpik"i ilə də bacarmayıb - 1:3.

Son xəbərlər

Orphus sistemi