Azərbaycan karateçiləri təlim-məşq toplanışı üçün Moskvaya yollanıb

Azərbaycan karateçiləri təlim-məşq toplanışı üçün Moskvaya yollanıb Böyüklərdən ibarət karate üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün Rusiyanın Moskva şəhərinə yollanıb.
Futbol
24 Sentyabr , 2019 20:00
Azərbaycan karateçiləri təlim-məşq toplanışı üçün Moskvaya yollanıb

Böyüklərdən ibarət karate üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün Rusiyanın Moskva şəhərinə yollanıb.

"Report"un məlumatına görə, hazırlıq prosesində 13 idmançı iştirak edir.

Kumite üzrə kişilərdən ibarət komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi altında toplanışa Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılıb. 

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun (kata) hazırlıqlarda iştirak etməsini məqbul sayıb.

10 günlük təlim-məşq toplanışı başa çatdıqdan sonra karateçilər 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtında Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar. Yarışlarda heyətə daha 7 idmançımız qatılacaq. 

Son xəbərlər

Orphus sistemi