Azərbaycan - İtaliya matçının hakimləri açıqlanıb

Azərbaycan - İtaliya matçının hakimləri açıqlanıb Şotlandiyalı referiyə həmyerlilərindən əlavə, irlandiyalı və fransalı hakimlər kömək edəcək
Futbol
7 Oktyabr , 2015 13:54
Azərbaycan - İtaliya matçının hakimləri açıqlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və İtaliya milli komandaları arasında keçiriləcək futbol üzrə AVR0-2016-nın seçmə qrup matçının hakimləri açıqlanıb. "Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma şotlandiyalı baş hakim Uliyam Kolluma həvalə olunub. 

Ona irlandiyalı Damyen Makqreyt və fransalı Fransiss Konnor yan xətt, şotlandiyalı Robert Madden və Con Biton əlavə köməkçi hakim, Alestair Mazer dördüncü hakim qismində yardımçı olacaq. 

UEFA nümayəndəsi finlandiyalı Aynar Leppanen, hakim inspektor hollandiyalı Marinus Koopmandı. 

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi