Azərbaycan - İsveçrə oyununda yanğın baş verib

Azərbaycan - İsveçrə oyununda yanğın baş verib Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunu zamanı yanğın baş verib.
Futbol
15 Oktyabr , 2019 21:26
Azərbaycan - İsveçrə oyununda yanğın baş verib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunu zamanı yanğın baş verib.

"Report" xəbər verir ki, yanğın "Kapital Bank Arena"nın inzibati otaqlarından birində elektrik naqillərində olub.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal yanğının qarşısını almağı bacarıblar.

Qeyd edək ki, bu, "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyundur.

Son xəbərlər

Orphus sistemi