Azərbaycan - İsveçrə matçının hakimləri açıqlanıb

Azərbaycan - İsveçrə matçının hakimləri açıqlanıb Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə İsveçrə yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Futbol
12 oktyabr 2019 09:27
Azərbaycan - İsveçrə matçının hakimləri açıqlanıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə İsveçrə yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Novak Simoviçə yan xətt hakimləri Svetozar JivinNikola Coroviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Miloş Milanoviç yerinə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 15-də Sumqayıt şəhərindəki "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi