Azərbaycan I Divizionunun oyunu koronavirusa görə təxirə salındı

Azərbaycan I Divizionunun oyunu koronavirusa görə təxirə salındı Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınması barədə qərar qəbul edib.
Futbol
3 mart 2020 10:10
Azərbaycan I Divizionunun oyunu koronavirusa görə təxirə salındı
PFL.az

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınması barədə qərar qəbul edib.  

"Report"un məlumatına görə, XVIII tur qarşılaşması MOİK rəhbərliyinin müraciəti əsasında başqa vaxta salınıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək. 

Qeyd edək ki, Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi