Azərbaycan I Divizionunda çempion və gümüş mükafatçı müəyyənləşib

Azərbaycan I Divizionunda çempion və gümüş mükafatçı müəyyənləşib Futbol üzrə Azərbaycan I Divizionunda sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib.
Futbol
4 May , 2019 17:59
Azərbaycan I Divizionunda çempion və gümüş mükafatçı müəyyənləşib

Futbol üzrə Azərbaycan I Divizionunda sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib.

"Report" xəbər verir ki, XXV turda “Qaradağ Lökbatan”ın qonağı olan MOİK 2:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi “Sumqayıt-2” ilə 3 xal fərqini qorumaqla çempionluğu rəsmiləşdirib.

Şəxsi görüşlərdə “gənclik şəhəri” komandasından üstün olan “hərbçilər” üçün son tur formal xarakter daşıyacaq. “Sumqayıt-2” “Zirə-2”-ni 4:2 hesabı ilə məğlub etsə də, çempionluğa olan nəzəri şanslarını da itirib. Lakin ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortalayıb.

3-cülük taleyinə aydınlıq gətirmək cəhətdən vacib qarşılaşma Zaqatalada keçirilib. Yerli komanda qalib gələcəyi təqdirdə “Neftçi-2” ilə xalları bərabərləşdirəcək və şəxsi görüşlərdə üstünlüyə görə 3-ü pilləyə yüksələcəkdi. “Zaqatala” 73-cü dəqiqədə hesabda geri düşsə də, 90+7-cü dəqiqədə Ramin Əhmədov intriqanı son tura daşıyıb. Bürünc mükafatçının adına son turda keçiriləcək “Keşlə-2” - “Zaqatala” və “Neftçi-2” - “Qaradağ Lökbatan” görüşlərindən sonra aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi