Azərbaycan Həvəskarlar Futbol Federasiyasının hesabat-seçki konfransı keçirilib

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının hesabat-seçki konfransı keçirilib konfransı giriş sözü ilə AHFF-nin prezidenti Rüfət Əmirov açıb
Futbol
23 fevral 2024 13:21
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının hesabat-seçki konfransı keçirilib

AFFA-nın inzibati binasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) VI hesabat-seçki konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransı giriş sözü ilə AHFF-nin prezidenti Rüfət Əmirov açıb.

Konfrans iştirakçılarına keçən dövr ərzində görülən işlərlə bağlı video formatda hesabat təqdim edilib. Daha sonra AHFF-nin prezident vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Rüfət Əmirov yenidən növbəti 5 il üçün qurumun prezidenti seçilib. Rəhim Əliyev (vitse-prezident), Altay Mehdiyev, Oqtay Abdullayev, Rüstəm Rəhimov, Rafiq Əsgərov və Fərhad Nağıyev isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransında AFFA-nın baş katibinin müavini Kamran Vəliyev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi