​Azərbaycan hakimləri Avropa çempionatına təyinat alıb

​Azərbaycan hakimləri Avropa çempionatına təyinat alıb Xorvatiya və San Marinonun 21 yaşadək futbolçulardan ibarət komandalarının qarşılaşmasında baş hakim Orxan Məmmədov olacaq
Futbol
3 Noyabr , 2015 15:05
​Azərbaycan hakimləri Avropa çempionatına təyinat alıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanlı hakimlər briqadası 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək. "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, 6-cı qrupda Xorvatiya və San Marino komandaları arasında keçirilək oyunda baş hakim qismində meydana Orxan Məmmədov çıxacaq.

Ona Yaşar Abbasov və Vaqif Musayev kömək edəcək. Matçın dördüncü hakimi isə Əliyar Ağayev olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi