Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında finala yüksəlib.
Futbol
16 Avqust , 2019 18:57
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Qırğızıstan, Moldova və Yaponiya güləşçilərinə qalib gəlib. O, finalda Rusiya təmsilçisi Ənvər Allahyarovla üz-üzə gələcək. Final görüşü sabah keçiriləcək.

Bu gün mübarizəyə qoşulan Zaur Nuriyev (63 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində məğlub olub.

Qeyd edək ki, daha öncə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq), Abubakr Abakarov (79 kq) və Hacımurad Hacıyev (74 kq) mundialda bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi