Azərbaycan futbolçusu dünyasını dəyişib

Azərbaycan futbolçusu dünyasını dəyişib Şəhriyar Xəlilov "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb
Futbol
27 Noyabr , 2016 12:24
Azərbaycan futbolçusu dünyasını dəyişib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.

Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. O, bir müddətdir klubsuz idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi