Azərbaycan futbol ailəsinin 80 000-ci üzvü AFFA-da qeydiyyatdan keçib

Azərbaycan futbol ailəsinin 80 000-ci üzvü AFFA-da qeydiyyatdan keçib Bu, 13 yaşlı Məhəmməd Əsgərovdur
Futbol
27 Aprel , 2015 18:31
Azərbaycan futbol ailəsinin 80 000-ci üzvü AFFA-da qeydiyyatdan keçib

Bakı. 27 aprel. REPORT.AZ/ 2009-cu ilin yanvarında AFFA-nın yaratdığı futbolla məşğul olanların qeydiyyat sistemində qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb. "Report"un məlumatına görə, futbol ailəsinin yeni rekordçu üzvü Məhəmməd Şahlar oğlu Əsgərovdur.

O, 01.07.2002-ci il təvəllüdlü, “Məktəbli Kuboku” turnirinin iştirakçısı, Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdidir.

Qeyd edək ki, futbolla məşğul olan şəxslərin qeydiyyat sistemində futbolçular, məşqçilər və digər texniki işçilər yer alıb. 

Son xəbərlər

Orphus sistemi