Azərbaycan derbisində Şuşanın azad edilməsi qeyd olundu

Azərbaycan derbisində Şuşanın azad edilməsi qeyd olundu Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" oyunundan öncə Şuşa şəhərinin işğaldan azad olunması qeyd olunub. "Report"un məlumatına görə, komandalar meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" şüarı yazılmış pankartl
Futbol
2269
8 Noyabr , 2020 15:29
Azərbaycan derbisində Şuşanın azad edilməsi qeyd olundu

Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" oyunundan öncə Şuşa şəhərinin işğaldan azad olunması qeyd olunub.

"Report"un məlumatına görə, komandalar meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" şüarı yazılmış pankartla çıxıblar.

Ardınca matçın keçirildiyi "Bakcell Arena"dakı monitorlarda Prezident İlham Əliyevin xalqa müraciətindən bir hissə nümayiş etdirilib.

Daha sonra isə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Son xəbərlər

Orphus sistemi