Azərbaycan çempionunun daha bir potensial rəqibi bəlli oldu

Azərbaycan çempionunun daha bir potensial rəqibi bəlli oldu Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub.
Futbol
17 İyun , 2020 09:53
Azərbaycan çempionunun daha bir potensial rəqibi bəlli oldu

Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub. 

"Report"un məlumatına görə, XXX turda "Honved"i 2:0 hesabı ilə məğlub edən "Ferentsvaroş" xalını 70-ə çatdırıb və sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Ölkənin ən məşhur klubu 29 matçdan 56 xal toplayan "Fehervar" üçün əlçatmaz olub. 

Qeyd edək ki, "Ferentsvaroş" 31-ci dəfə çempion olub. Komanda 2020/2021 mövsümü üçün Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub. 

Son xəbərlər

Orphus sistemi