Azərbaycan çempionu UEFA Region Kubokunda ikinci oyununu keçirib

Azərbaycan çempionu UEFA Region Kubokunda ikinci oyununu keçirib Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda ikinci oyununu keçirib.
Futbol
5 Oktyabr , 2018 15:52
Azərbaycan çempionu UEFA Region Kubokunda ikinci oyununu keçirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda ikinci oyununu keçirib.

“Report” xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin II turunda İspaniyanın “Kastilya-i-Leon” komandasına uduzub – 0:2.

Qeyd edək ki, VI qrupda yer alan “Uğur” ilk turda Ukraynanın “Lvov Region” kollektivinə 0:4 hesabı ilə məğlub olub. Sumqayıtlılar oktyabrın 8-də sonuncu tur çərçivəsində Finlandiyanın "Qərb Rayon Komandası" ilə üz-üzə gələcək. Bu qrupun oyunları Lvovda keçirilir. 

Son xəbərlər

Orphus sistemi