Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb

Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb.
Futbol
25 Fevral , 2019 12:02
Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XVIII turunda keçirilmiş "Sabah" - "Qarabağ" matçında baş verib. Ağdam təmsilçisinin futbolçusu Bədavi Hüseynov sözügedən qarşılaşmada avtoqol müəllifi olub. Bu isə mövsümdə 6-cı belə haldır. 

28 yaşlı oyunçu Premyer Liqada tarixində üçüncü dəfə topu öz qapısına vurub. Hüseynov 2011/12 mövsümündə “Sumqayıt”da çıxış edərkən “Kəpəz”lə, 2013/14 mövsümündə isə “Qarabağ”ın heyətində “Simurq”la səfər oyunlarında da uğursuzluqla üzləşib. 

Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda avtoqol müəllifi olub. 

Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı 1:1 hesabı ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi