Azərbaycan çempionatları tarixində 500-cü dəfə oyun qolsuz bitib

Azərbaycan çempionatları tarixində 500-cü dəfə oyun qolsuz bitib Futbol üzrə Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub.
Futbol
15 Mart , 2022 11:03
 Azərbaycan çempionatları tarixində 500-cü dəfə oyun qolsuz bitib

Futbol üzrə Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XIX turundakı "Qəbələ" - "Zirə" görüşünə təsadüf edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.

Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” - 89, “Keşlə” - 70, “Bakı” - 62, “Şüvəlan” - 54, “Turan” - 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.

Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi