Azərbaycan çempionatının açılış oyununda topa ilk zərbəni qazilər vurub

Azərbaycan çempionatının açılış oyununda topa ilk zərbəni qazilər vurub Futbol üzrə Azərbaycan I Divizionunda "Kəpəz" və "Qəbələ-2" komandaları arasındakı mövsümün açılış oyunun anlamlı jest edilib
Futbol
14 Sentyabr , 2021 17:44
Azərbaycan çempionatının açılış oyununda topa ilk zərbəni qazilər vurub

Futbol üzrə Azərbaycan I Divizionunda "Kəpəz" və "Qəbələ-2" komandaları arasındakı mövsümün açılış oyununda anlamlı jest edilib.

"Report" xəbər verir ki, görüşdə topa ilk zərbəni qazilər vurub.

Onlar Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi