Azərbaycan çempionatı: “Qəbələ” “İnter”i məğlub edib - VİDEO

Azərbaycan çempionatı: “Qəbələ” “İnter”i məğlub edib - VİDEO Əyalət klubu liderliyi “Qarabağ”dan geri alıb
Futbol
4 Mart , 2017 22:09
Azərbaycan çempionatı: “Qəbələ” “İnter”i məğlub edib - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçında “İnter” “Qəbələ”ni qəbul edib.

Bu kollektivlərin ilk iki dövrədəki oyunlarında heç-heçə qeydə alındığı halda, “Qəbələ” üçüncü dövrənin son turunda tilsimi qırıb. Əyalət təmsilçisi cari çempionatda məğlub edə bilmədiyi yeganə komanda olan “İnter”i 2 cavabsız qolla yenib. Qonaqların heyətində Tellur Mütəllimovla Daniel Subotiç fərqlənib.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 13-cü qələbəsini qazanaraq xallarını 46-ya çatdırıb və liderliyi “Qarabağ”dan geri alıb. “İnter” isə 36 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, XXI turun açılış matçında “Qarabağ” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.

“İnter” – “Qəbələ” 0:2

Qollar: Tellur Mütəllimov, 71, Daniel Subotiç, 81

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”

İlk iki dövrə - 0:0, 1:1

Son xəbərlər

Orphus sistemi