"Səbail"in qapıçısı: "Azərbaycan çempionatı mayın sonlarından tez bərpa olunmayacaq"

"Səbail"in qapıçısı: "Azərbaycan çempionatı mayın sonlarından tez bərpa olunmayacaq" Bizim 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa olunsa, bu, yəqin ki, mayın sonları - iyunun əvvəllərindən tez baş verməyəcək.
Futbol
132
13 Aprel , 2020 09:51
Səbailin qapıçısı: Azərbaycan çempionatı mayın sonlarından tez bərpa olunmayacaq

"Bizim 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa olunsa, bu, yəqin ki, mayın sonları - iyunun əvvəllərindən tez baş verməyəcək". 

"Report"un məlumatına görə, bunu "Səbail" klubunun qapıçısı Aleksandr Rıbka "zbirna.com"a müsahibəsində deyib. 33 yaşlı qolkiper hamının Premyer Liqanın bərpasında maraqlı olduqlarını vurğulayıb: "UEFA bəyan edib ki, çempion və mükafatçılarını indidən müəyyənləşdirən ölkələr avrokuboklardan kənarlaşdırıla bilər. "Qarabağ" və "Neftçi" kimi klublar üçün qitəmiqyaslı yarışlarda iştirak maliyyə baxımından sərfəlidir. Ona görə də burada hamı çempionatın bərpasında və sona çatdırılmasında maraqlıdır". 

Ukraynalı legioner karantin dövründə klubda maaşların azaldılma söhbətinin olmadığını da açıqlayıb. 

Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından forma geyinir. 

Son xəbərlər

Orphus sistemi