Azərbaycan çempionatı baş məşqçilərin orta yaş həddinə görə dünyada dördüncüdür

Azərbaycan çempionatı baş məşqçilərin orta yaş həddinə görə dünyada dördüncüdür Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların baş məşqçilərinin cari mövsüm üçün orta yaş həddini açıqlayıb.
Futbol
143
22 Mart , 2022 11:37
Azərbaycan çempionatı baş məşqçilərin orta yaş həddinə görə dünyada dördüncüdür

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların baş məşqçilərinin cari mövsüm üçün orta yaş həddini açıqlayıb.

"Report" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, martın 1-nə olan nəticələrə əsasən, hazırda ölkə çempionatında bu göstərici 42,2 yaşdır.

Yüksək liqanın ən yaşlısı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov (49 yaş 343 gün), ən gənci isə "Sabah"a başçılıq edən rusiyalı Murad Musayevdir (38 yaş 132 gün).

Azərbaycan Premyer Liqası baş məşqçilərin orta yaş həddinə görə dünyada 126 liqa arasında dördüncüdür. Ölkə çempionatı yalnız Finlandiyanın I (42 yaş) və II liqasından (41,8), həmçinin ABŞ-ın Milli Futbol Liqasından (41,5 yaş) geri qalır.

Son xəbərlər

Orphus sistemi